Mersedes Ruel

Mersedes Ruel

Aktrisa

BİOQRAFİYA

Mersedes Rul – amerikalı teatr və televiziya aktrisasıdır. “Oskar”, “Qızıl qlobus”, “Toni” və “Saturn” mükafatları laureatıdır. Mersedes Rul 28 fevral 1948-ci ildə Nyu-Yorkun Kuins rayonunda FTB agenti və məktəb müəlliməsinin ailəsində dünyaya gəlib. Katolik təhsil alıb. Damarlarından irland, alman və kubalı qanı axır. 1969-cu ildə Nyu-Roçell kollecini bitirib. Aktrisalıq karyerasına yerli teatrların birində kiçik rolla başlayıb. 1970-ci illərin sonlarında mötəbər Nyu-York səhnələrinə çıxıb, “Mən Rappaport deyiləm” və “Bett və Bunun izdivacı” pyeslərində oynadığı rollarla böyük uğur qazanıb. Sonuncuda canlandırdığı obraz ona “Obi” mükafatını gətirib. 1991-ci ildə “Yonkersdə itkin düşmüşlər” tamaşasındakı çıxışına görə “Toni” laureatı olub. Mersedes rəssam Devid Qeyzerlə evlidir. 1997-ci ildə onlar Ceyk adlı uşağı övladlığa götürüblər. Buna qədər 1978-ci ildə Mersedes Kristofer adlı  oğlan uşağını övladığa götürüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D1%83%D0%BB,_%D0%9C%D0%B5%D1%80%D1%81%D0%B5%D0%B4%D0%B5%D1%81

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç