Bruk Şilds
Aktrisa, prodüser
Bruk Krista Şilds – amerikalı aktrisa və modeldir. 1970-ci illərin ortalarından, hələ uşaq yaşlarında model kimi fəaliyyət göstərməyə başlayıb. Ekranlarda debütünü isə “Fil sümüyü” serialında gerçəkləşdirib. Onun agenti olmuş Eylin Ford illər sonra yazdığı Lifetime Network adlı xatirələr kitabında, model agentliyinin uşaq bölməsini xüsusi olaraq Bruk Şilds üçün yaratdığını qeyd edib. 1975-ci ildə 10 yaşında olanda anasının icazəsi ilə Qarri Qrosssun “Playboy Press” üçün hazırladığı erotik fotosessiyada iştirak edib. İllər sonra jurnalı məhkəməyə verərək foto və neqativləri tələbə eləsə də, çəkişmədən məğlub ayrılıb. Ekranlarda ona şöhrəti 1980-ci ildə çəkilmiş “Mavi laqun” adlı film gətirib. Emmelin roluna görə ən yaxşı aktrisa nominasiyasında “Gənc aktyor” mükafatçısı olub. Hərçən elə həmin rol ona “ən pis qadın rolu” nominasiyasında “Qızıl Moruq” antimükafatını qazandırıb. 1997-1999-cu illərdə tanınmış tennisçi Andre Aqassi ilə evli olub. 2001-ci ildə amerikalı ssenarist, rejissor və prodüser Kris Hençi ilə ailə qurub. Onlar 1999-cu ildə “Nadinc Süzan” komediya serialının çəkilişləri zamanı tanış olublar. Bu nikahdan iki qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B8%D0%BB%D0%B4%D1%81,_%D0%91%D1%80%D1%83%D0%BA