Toni Lyun
Aktyor
Toni Lyun Çu Vay – honkonqlu aktyordur. 27 iyun 1962-ci ildə Honkonq şəhərində anadan olub. Doğma şəhərində boya-başa çatıb. Atası Toni uşaq olanda ailəsini atıb gedib. 1982-ci ildə Toni TVB telekanalında təşkil olunan aktyorluq kursunu bitirib və aktyor kimi fəaliyyət göstərməyə başlayıb. Karyerasının əvvəlində televiziya və kinoda daha çox komediya rolları ilə şöhrət qazanıb. Bir çox tənqidçilərin fikrinə görə, Toni Lyunun ulduz zirvəsinə yüksəlməsində rejissor Con Vunun “Lat sau san taam” (1992) filmində oynadığı rolun böyük xidməti olub. Filmdə tərəf-müqabili tanınmış aktyor Çou Yun-Fatdır. Beynəlxalq səviyyədə tanınmasında isə rejissor Hou Syaosianın “Qəm şəhəri” adlı filmindəki rolu təkan verib. Film Venetsiya kinofestivalının baş mükafatını qazanıb. Toni fərqli-fərqli janrlardan bir-birindən maraqlı obrazlar canlandırmaqda mahirdir. Məsələn “Çunqin ekspressi” (1994) filmində tənha polis, “Bir yerdə, xoşbəxt” (1997) filmində Argentinada yaşayan çinli mühacir homoseksual, “Sevgi əhval-ruhiyyəsi” filmində xəyanət qurbanını oynayıb. Sonuncusu Toni Lyuna Kann kinofestivalında ən yaxşı aktyor mükafatını qazandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8E%D0%BD_%D0%A7%D1%83_%D0%92%D0%B0%D0%B9,_%D0%A2%D0%BE%D0%BD%D0%B8