Qeri Byuzi
Aktyor, prodüser, bəstəkar
Qeri Byuzi – amerikalı kino və televiziya aktyorudur. 1980-ci ildə BAFTA laureatı olub. Bundan başqa “Oskar” və “Qızıl qlobus” nominasiyaları olub (hər ikisi 1979-cu ildə). Qeri Byuzi 29 iyun 1944-cü ildə ABŞ-ın Texas ştatında anadan olub. Mühəndis-konstruktor və evdar xanımın ailəsində boya-başa çatıb. 1962-ci ildə Oklahoma ştatının Tals şəhərində Natan Heyl adına ali məktəbi bitirib. Daha sonra Pittsburq universitetində oxuyub. Tələbə olduğu müddət fəal şəkildə idmanla, o cümlədən Amerikan futbolu ilə məşğul olub. Universitetdə oxuyanda həmçinin aktyorluq sənəti ilə maraqlanmağa başlayıb. Şəxsi həyatına gəlincə 1971-ci ildə ata olub. Cudi Helkenberq adlı həyat yoldaşı onların gələcəkdə məşhur aktyor olacaq Uilyam Ceykobi Byüzi adlı oğlunu dünyaya gətirib. Ceykin doqquz yaşı olanda valideynləri boşanıb. Byuzinin həmçinin əvvəlki münasibətlərindən olan Elektra adında qızı var. 23 fevral 2010-cu ildə vətəndaş nikahında olduğu həyat yoldaşı Stefani Sempson onun Lük adlı üçüncü övladını dünyaya gətirib. 1997-ci ildə aktyorun burun boşluğundan gavalı ölçüsündə bədxassəli şiş uğurlu şəkildə kənarlaşdırılıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%8C%D1%8E%D0%B7%D0%B8,_%D0%93%D1%8D%D1%80%D0%B8