Filip Ridli
Ssenarist, rejissor
Filip Ridli (ing. Philip Ridley) – britaniyalı dramaturqdur. Uşaqlar və böyüklər üçün hekayələr, romanlar yazır, mahnılar və şerlər bəstələyir, ssenarilər yazır. Ridlinin maraq dairələri təkcə bununla bitmir, onun çəkdiyi fotoşəkillər və rəsmlər müxtəlif sərgilərdə təqdim olunur. Bu hərtərəfliliyinə görə onu “mədəniyyət inqilabı bir üzdə” adlandırırlar. Özünü ilk növbədə yazıçı sayır. Filip Ridli 29 dekabr 1964-cü ildə Londonun İst-End rayonunda dünyaya göz açıb. Uşaqlığında asmadan əziyyət çəkdiyindən ibtidai məktəbə getməyib, ev şəraitində təhsil alıb. SentmArtins incəsənət məktəbində oxuyub. Tələbə olduğu illərdə öz teatr truppasını təsis edib. Teatrın tamaşalarında aktyor kimi iştirak edib, monoloqlar yazıb, musiqi parçaları bəstələyib, kostyum rəssamı və dekorasiya rəssamı olub. Kino aləmində 1990-cı ildə Britaniyada böyük ekranlara çıxmış “Krey qardaşları” filminin ssenaristi kimi dünyaya səs salıb. Rejissor Piter Medakın lentə aldığı film 1960-cı illərdə İst-Enddə “atamanlıq” edən Ronni və Reci Krey qanqster əkizlərindən bəhs edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D0%B4%D0%BB%D0%B8,_%D0%A4%D0%B8%D0%BB%D0%B8%D0%BF