Harris Yulin
Aktyor
Harris Yulin 5 noyabr 1937-ci ildə Los-Ancelesdə (Cənubi Kaliforniya, ABŞ) anadan olub və orada böyüyüb. Los-Ancelesdəki Kaliforniya Universitetini bitirib. 1963-cü ildə Yulin aktyor karyerasına Təl-Əvivdə başlayıb. Los-Anceles Klassik Teatrını qurub, Buffalo, Yel və Vaşinqtondakı teatrlarda çalışıb, sonra Nyu-Yorka köçüb. 1970-ci ildə Yulin teatr rejissoru kimi debüt edib və ilk olaraq "Yolun sonu" filmində əsas rollardan birini oynayıb. Filmlərdə Yulinə ən çox dəstəkləyici rolları təklif olunurdu. Yüzdən çox film və televiziya serialında, o cümlədən "Əqrəb" (korrupsioner polis məmuru Mel Bernstein rolu), "Gecə hərəkətləri", "Başqa bir qadın", "Təlim günü" kimi filmlərdə rol alıb. 1996-cı ildə Yulin, “Fraser” serialındakı qanqster roluna görə "Komediya TV Seriyasındakı “Ən Yaxşı Qonaq Aktyor" nominasiyasında “Emmi” mükafatına namizəd olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AE%D0%BB%D0%B8%D0%BD,_%D0%A5%D0%B0%D1%80%D1%80%D0%B8%D1%81