Stiven Bolduin
Aktyor, prodüser, rejissor
Stiven Endrü Bolduin (ing. Stephen Andrew Baldwin) – amerikalı aktyordur. Məşhur “Bolduin qardaşlarının” sonbeşiyidir. 12 may 1966-cı ildə ABŞ-ın Nyu-York ştatının Massapekua şəhərində anadan olub. Amerika dram incəsənət akademiyasında oxuyub. Karyerasının əvvəlində teatr və televiziyada çıxışlar edib. Kino ilə yanaşı aktiv şəkildə xeyriyyə işlər ilə məşğul olur, şerlər yazır. Musiqinini sevir, asudə vaxtlarında şerlər yazır, avtomobil və motoyürüşlərlə maraqlanır. Bolduin “Suzuki” komandasının fəxri üzvüdür. Bundan başqa paraşutla tullanma və bilyarda məşğul olur. Aktyor aktrisa Kenni Bolduinlə evlidir. İki qızı var. 1995-ci ildə ABŞ Milli Kino Tənqidçiləri Şurasının mükafatını alıb (“Şübhəli similar” filmindəki roluna görə “ən yaxşı aktyor” nominasiyasında). 2001-ci ildə “Viva Rok Veqasın Flintstonları” filmində oynadığı rola görə “Qızıl moruq” anti-mükafatına namizəd olub. 2009-cu ildə müflis olduğunu elan edib. 2018-ci ildə Kiyev Mədəniyyət Universitetinin fəxri professoru adını alıb. Aktyor 2020-ci ildə Ukraynada kino çəkməyi planlaşdırdığını elan edib. Qızı Xeyli Biber model və rəqqasədir, Castin Biberin həyat yoldaşıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D0%BB%D0%B4%D1%83%D0%B8%D0%BD,_%D0%A1%D1%82%D0%B8%D0%B2%D0%B5%D0%BD