Kim Han-min

Kim Han-min

Rejissor, ssenarist

BİOQRAFİYA

Kim Han-Min 5 noyabr 1969-cu ildə Cənub Koreyanın Sunçxon şəhərində anadan olub. Karyerasna qısametrajlı filmlərin çəkilişindən başlayıb. 2007-ci ildə ekrana çıxan “Məhv edilmiş cənnət” mistik trilleri onun karyerasının tammetrajlı debütünə çevrilir. Kiçik bir şəhərdə insanların mobil telefonu gündəlik həyatının bir hissəsinə çevirməsindən bəhs edən ikinci filmi olan “Mobil rabitə” birinci filmi qədər ona uğur gətirmir. Üçüncü ekran işi “Ox” adlanır. Film Mançjuro-Koreya müharibəsi dövründə cərəyan edən hadisələrdən bəhs edir. Dinamik süjet xətti, maraqlı hərbi səhnələri, xüsusi effektlərlə zəngin olan film ox ustası və onun Çin imperiyası tərəfindən tutulan bacısının axtarışlarını ön plana çəkir. Prokat ərzində yeddi milyon tamaşaçı toplamaqla 2011-ci ildə ən çox baxılan Koreya filmi olub. Film "Böyük zəng" və "Mavi əjdaha" mükafatlarına layiq görülüb. 2014-cü ildə çəkdiyi hərbi-tarixi “Admiral: Coşqun sular” filmi admiral Li Sunsinin rəhbərliyi altında Koreya donanması ilə yapon donanması arasında gedən dəniz döyüşündən bəhs edir. Bu film prokatda 100 milyon dollar gəlir gətirərək, Cənubi Koreya tarixində çəkilən ən uğurlu film olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kim_Han-min

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç