Bergüzar Korel

Bergüzar Korel

Aktrisa

BİOQRAFİYA

Bergüzar Korel Ergenç 27 avqust 1982-ci ildə İstanbulda anadan olub. Tanju Korel, Hülya Darcan cütlüyünün qızıdır. Uşaqlığını Ulusda keçirib. İlk təhsilini Nilüfer Hatun İbtidai təhsil Məktəbi, orta təhsilini Ulduz Kollecində alıb. Kollecdən məzun olmasının ardından Memar Sinan Universiteti-Dövlət Konservatoriyası Teatr bölümünü tamamlayıb. Universitetdən əvvəl peşəkar klublarda voleybol oynayıb. Bergüzar Korel məktəb həyatı boyunca bir çox tamaşa və qısa filmdə rol alıb. Eyni zamanda Dövlət Teatrı Kuva-yi Milliyə tamaşasında köməkçi aktrisa olaraq iştirak edib. Bergüzar Korel İlk rolunu 1998-ci il istehsalı olan "Qırıq həyatlar"-da canlandırıb. Ardından 2005-ci il istehsalı olan "Qurtlar vadisi: İraq" filmində Leyla xarakteriylə tamaşaçıların qarşısına çıxıb. "Qurtlar vadisi" filmi üçün rol təklifi gəldiyi zaman xəstə olan atası Tanju Korelin həkimləri xəstəni itirmək üzrə olduqlarını söyləyirdilər. O, əvvəl rolu rədd etdi. Ancaq anasının "Atan bu görüşməyə getməyini istəyərdi" dediyinə görə razılaşdı və təklifi qəbul etdi. Bu rolun bir çətinliyi də Leyla xarakterinin ərəbcə danışması və filmin canlı çəkiləcək olması idi. Bergüzar Korelin bu dili heç bilməməsinə baxmayaraq çox qısa bir müddətdə roluna hazırlandı və çox müvəffəqiyyətli oldu. Film kassa rekordları qırdı. Bergüzar Korel "Qurtlar vadisi İraqda" filmindən qazandığı müvəffəqiyyətdən sonra yenə eyni il çəkilən "Zeytin budağı" serialında İqlim xarakterini canlandırdı. Bu arada reklam filmlərində rol aldı. Əsl böyük çıxışını isə Halit Ergenç ilə birlikdə rol aldığı 2006-ci ilin ən çox reytinq yığan serialı adını alan "Min bir gecə"-dəki Şəhrizad Evliyaoğlu rolu ilə etdi. Bu rolda ona köməkliyi məşhur sənətkar Ayla Algan etdi. Bu serialdakı müvəffəqiyyətli çıxışı ilə 2006-cı il Altın Kelebek "Ən müvəffəqiyyətli aktrisa" mükafatını aldı. Bergüzar Korel teatr və kino aktyoru olan Halit Ergenç ilə evlidir. Əli adında bir uşaqları var. Aktrisa "Min bir gecə" serialından sonra "Eşq gəlirəm deməz" filmində baş rolu canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/B%C9%99rg%C3%BCzar_Kor%C9%99l

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç