Uilyam Cekson Harper

Uilyam Cekson Harper

Aktyor

BİOQRAFİYA

Uilyam Cekson Harper – amerikalı aktyordur. 8 fevral 1980-ci ildə ABŞ-ın Texas ştatının Dallas şəhərində anadan olub. Yeniyetməliy illərində çox utancaq olub. Bu problemi aradan qaldırmaq üçün anası onu məktəbin teatr dərnəyinə saldırıb. Əvvəl buna qarşı çıxan Uilyam, sonrada dram sənətinə göstərməyə başlayıb və gələcəkdə aktyor olmağı qərara alıb. Bunun üçün o Nyu-Yorka köçüb, orada 12 il keçirən Uilyam nəyahət 2014-cü ildə Brodvey tamaşalarından birində debüt edib.  Televiziya seriallarına Harper 2000-ci illərin əvvələrindən etibarən çəkilməyə başlayıb. “Böyük tamaşalar”, “Qanun və Qayda”, “Qanun və Qayda: Cinayət niyyəti” kimi populyar teleseriallarda epizodik rollar oynayıb. 2009-2011-ci illərdə “Enerji şirkəti” serialında telefon prankeri Denni rolunda çıxış edib. Böyük ekranlarda debütü 2009-cu ilə təsadüf edir. İlk tammetrajlı bədii filmi “Ən yaxşıları” adlı Hollivud trilleridir. 2015-ci ildə “İnandırıcı hekayə” filmində rol alıb. 2016-cı ildə Uilyam “Ən yaxşı dünyada” adlı fantastik sitkomda baş rolu oynayıb. Daha sonra “Eleonora” teleserialında Çidi obrazını canlandırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/william_jackson_harper/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç