Nikolas Turturro

Nikolas Turturro

Aktyor, prodüser, rejissor, ssenarist

BİOQRAFİYA
Nikolas Turturro-kiçik (ing.Nicholas Turturro, Jr) - italyan əsilli amerikalı aktyordur. Məşhur aktyor Con Turturronun qardaşıdır. Nikolas 1962-ci ildə ABŞ-ın Nyu-York ştatının Kvins rayonunda anadan olub. Katolik məktəbi bitirdikdən sonra 1982-ci ildə Adelfi Universitetinə qəbul olunub. Orada teatr üzrə ali təhsil alıb. İki il oxuduqdan sonra Ceymi Buinno ilə evləni və təhsili yarımçıq qoyub. Daha sonra otellərin birində qapıçı işləyib. 1989-cu ildə Spayk Linin "Lazım olduğu kimi elə" adlı filmində kütləvi səhnəyə çəkilib. Rejissor Nikolasın aktyorluq istedadını üzə çıxararaq onun üçün "Ən yaxşı həyat haqda blüz" adlı növbəti filminin ssenarisinə rol əlavə edib. Aktyor 1995-ci ildə yoldaşından boşanıb, 1996-cı ildə təyyarədə tanış olduğu stüardessa Liza Espinoza ilə ailə qurub. Birinci nikahdan Erika adlı qızı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D1%83%D1%80%D1%82%D1%83%D1%80%D1%80%D0%BE,_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D1%81
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç