Rodni Deyncerfild
Aktyor, ssenarist, prodüser
Rodni Dencerfild (ing. Rodney Dangerfield) – əsl adı Ceykob Rodni Koen – amerikalı komik və aktyordur. 1980-ci illərdə “Asan pullar”, “Qolf-klub”, “Yenə məktəbə” kimi filmlərdə oynadığı rollarla məşhurlaşıb. Ceykob Koen (ing. Jacob Cohen) 22 noyabr 1921-ci ildə Lonq Aylənddə yəhudi ailəsində anadan olub. Atası vodevil aktyoru Filip Koen olub. Valideynləri ABŞ-a Macarıstandan mühacirət edib. Rodni ailəsinin dolanışığı üçün meyva daşıyıcısı, qəzet və dondurma satıcısı olub. 15 yaşında olanda Rodni Dencerfild adı ilə komik karyerasına qədəm qoyub, sketçlər yazmağa başlayıb. 17 yaşında olanda artıq həvəskar səhnəyə çıxıb. 19 yaşında olanda yumoristik skeçləri və stendapları ilə yanaşı ofisiant işləyib. 10 ilə yaxın komediya truppasının tərkibində qastrol səfərlərində olub. Ancaq sonradan şou-biznesdən uzaqlaşıb. 40 yaşında qədər birdə nəvaxtsa komediya aləminə qayıdacağını heç ağlına belə gətirə bilməzdi. Səhərlər o kontorda işləyib, axşamlarını isə gecə klublarında işləməklə əlavə qazanıb. Onun hətta həmin dönəmlərdə açdığı şəxsi klubu, hal hazırda Manhettenin ən mötəbər əyləncə yerlərindən sayılır. Komediya filmlərinə çəkilməkdə kifayət qədər populyarlıq qazanıb. Komediya ilə yanamış başqa janrlarda olan filmlərə də çəkilib. Rodni Oliver Stonun “Anadangəlmə qatillər” filmində yaratdığı obrazla hər kəsin təəccübünə səbəb olub. 5 oktyabr 2004-cü ildə 82 yaşında dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B4%D0%BD%D0%B8_%D0%94%D1%8D%D0%BD%D0%B4%D0%B6%D0%B5%D1%80%D1%84%D0%B8%D0%BB%D0%B4