Harri Beyzil

Harri Beyzil

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Harri Beyzil - amerikalı ssenarist, prodüser və rejissordur. ABŞ-ın Nyu-Cersi ştatının Berqennfild şəhərində anadan olub. Yeniyetməlik illərindən yaşadığı evin arxa həyətini həvəskar kinostudiyaya çevirib və “Super 8” kamerası ilə çoxsaylı həvəskar döyüş və qorxu filmləri çəkib. 17 yaşında olanda Nyu-Cersi Texnologiya İnstitutunun Kino mükafatının laureatı olub. Mükafatı ona əfsanəvi rejissor Otto Preminqer təqdim edib. Beləcə o Hollivuda köçüb və orada peşəkar kinokaryerasına qədəm qoyub. Daha çox “Barmaq izləri” (2006), “Peqqi Syü ərə gedir” (1986), “Uolli Sparksla tanış olun” (1977), “4-cü tenor” (The 4th Tenor, 2002) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına əsasən 2014-cü ilə qədər 10 filmin və serialın rejissoru olub. Xidməti siyahısında prodüser və ssenarist olaraq 8 film və serialında adı keçir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0059835/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç