Armel Doyç

Armel Doyç

Aktrisa

BİOQRAFİYA

Armel Doyç (Armelle Deutsch) – fransız aktrisadır. 22 fevral 1979-cu ildə Fransanın Buşes-du-Rone şəhərində anadan olub. 13 yaşında olanda “Le Théâtre d'Astroméla” truppasına qoşulub. 18 yaşında olanda “Kur Floran” dram məktəbinə (Paris) daxil olub. Ekranlarda debütü 2000-ci illərin əvvəllərinə təsadüf edir. Həmin vaxtdan bəri 50-ə yaxın kino və televiziya filminə və serialına çəkilib. Daha çox “Elodi Bredford”, “Gecə Piqalı”  («Pigalle, la nuit») seriallarında və “Buqələmun” («Le placard»), “Yalan atəş” («Nos amis les flics»), “Navvarlı Henri” ( («Henri 4»), “Həyati təhlükəli sevgi” («La chance de ma vie») filmlərində oynadığı rolları ilə tanınır. 2004-cü ildə Lüşon festivalında “Elodi Bredford” serialında canlandırdığı Armel Doyç obrazına görə ən yaxşı aktrisa nominasiyasında qalib gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/armelle_deutsch/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç