Şer

Şer

Aktrisa, müğənni

BİOQRAFİYA

Şerilin Sarkisyan 20 may 1946-cı ildə Kaliforniya ştatında anadan olub. Anası ABŞ aktrisası, müğənnisi və modeli Corciniya Holt, atası isə erməni əsilli Con (Karapet) Sarkisyan sürücü idi. İlk dəfə Şerilin musiqi karyerasına 17 yaşdan başlayıb. 1965-ci ildə ifaçı Sonni Bono lə tanış olur və «I Got You Babe» adlı mahnısı ilə populyarlıq qazanır. Həmin illərdən başlayaraq filmlərə çəkilmiş və “Qızı Qlobus”, “Oskar” kimi mükafatlara layiq görülüb. Şerilin Sonnidən ayrıldıqdan sonra Qreq Ollmenlə ailə həyatı qurmuş və ondan 1976-cı ildə Ellayc Blu Ollmen adlı övladı dünyaya gəlib. Şerilin bir çox ölkələrin musiqi səhnələrində konsert verib. 1998-ci ildə çıxardığı "Believe" albomunun eyniadlı sinqlına görə “Qremmi” mükafatına layiq görülüb. Həmin ilin yanvar ayında Şerilin keçmiş həyat yoldaşı Sonni avtoqəzada vəfat edir. Lakin Şerilin müsahibəsində, Sonninin ruhu ilə ekstrasens Ceyms Vann Praaqu sayəsində əlaqə yaratdığını qeyd edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C5%9Eer_(m%C3%BC%C4%9F%C9%99nni)

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç