Dastin Milliqan

Dastin Milliqan

Aktyor

BİOQRAFİYA

Dastin Uolles Milliqan (ing.Dustin Wallace Milligan)  kanadalı kino və televiziya aktyorudur. Daha çox “90210: Yeni nəsil” serialında oynadığı İtan Uord rolu ilə tanınır. Dastin Milliqan 28 iyul 1985-ci ildə Kanadanın Şimal-Qərb bölgəsinin paytaxtı Yellounayf şəhərində anadan olub. Atası Brayan Milliqan, anası Cin Uollesdir. Aktyorun Molli adlı bacısı var. Uşaqlığınnan bəri aktyorluqla maraqlanıb, “Briolin” və “Şənbə axşamının  hərarəti” müzikllərində iştirak edib. 2003-cü ildə Ecole Sir John Franklin  adına orta məktəbi bitirib. Daha sonra Vankuverə köçüb və televiziyada ilk rolunu qazanana qədər çörəkçi dükanında işləyib. 2008-ci ildən aktrisa Cessika Stroupla görüşməyə başlayıb (“90210: Yeni nəsil” serialındakı tərəf müqabili), ancaq onlar 2010-cu ilin avqustundan yollarını ayırıblar. “Çətin tapşrıq 3” filminin çəkilişlərindən bəri aktrisa Amanda Krü ilə dostluq edir. Onunla birlikdə bir neçə kinolayihədə iştirak edib. “Qadınlar diyarında” filminin promokampaniyası çərçivəsində YouTube kanalında kinonun təqdimatına getmək üçün özünə xanım axtarıb. Dastin gənc kino xadimlərinə dəstək olmaq üçün  “Enough Talk, Hurry Up & Do It Already” təqaüdünü təsis edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%BB%D0%BB%D0%B8%D0%B3%D0%B0%D0%BD,_%D0%94%D0%B0%D1%81%D1%82%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç