Noa Rinqer

Noa Rinqer

Aktyor

BİOQRAFİYA

Noa Rinqer (ing. Noah Ringer) – amerikalı aktyordur. 18 noyabr 1996-cı ildə ABŞ-ın Texas ştatının Dallas şəhərində anadan olub. Aktyor “Ünsürlər hökmdarı ” fentexi filmində oynadığı rolla məşhurlaşıb. Hindu kökənlidir. “Ünsürlər hökmdarı” filmində iştirakla bağlı müqavilə bağladıqdan sonra “Creative Artists Agency” agentliyinə qoşulub. Noa “Ünsürlər hökmdarı” filmindəki həmkarları  Nikola Pelts, Dev Patel və Cekson Retbounla birlikdə 2010-cu ildə “Nickelodeon Kids Choice Awards” mükafatlandırma mərasimində iştirak edib. “Los Angeles Times” qəzetin çəkildiyi filmlə bağlı müsahibə verib. 1999-cu ildə “Ulduz müharibələri” filmində oynadığı rola görə “ən pis ikinci plan kişi rolu” və “Ən pis ekran cütlüyü” nominasiyalarında “Qızıl moruq” mükafatına namizəd olub. O bu mükafat namizəd olan ilk uşağ aktyor kimi tarixə düşüb. 2011-ci ilin mart ayında Rinqer  32-ci “Gənc aktyor” mükafatlandırma mərasimində  bədii filmdə ən yaxşı baş rol nominasiyasında mükafata namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D0%BD%D0%B3%D0%B5%D1%80,_%D0%9D%D0%BE%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç