Çandra Uest

Çandra Uest

Aktrisa

BİOQRAFİYA

Çandra Uest – kanadalı kino və televiziya aktrisasıdır. Çandra Uest 31 dekabr 1970-ci ildə Edmonton şəhərində anadan olub. Aktyorluq karyerasına 1990-1991-ci illərdə müxtəlif seriallarda epizodik rollara çəkilməklə başlayıb. Çandraya şöhrət gətirən ilk rolu, “Uğur gölünün sirləri” mini serialında oynadığı rol sayılır. 70-ə yaxın film və serialda rol alıb. Aralarında ən əlamətdarları: “Kukla hökmdarı 4” («Puppet Master 4»), “Kukla hökmdarı 5” («Puppet Master 5: The Final Chapter»), “Universal əsgər 2: Silah qardaşları” («Universal Soldier II: Brothers in Arms»), “Universal əsgər: Natamam iş” («Universal Soldier III: Unfinished Business»),  “Salton dənizi”  («The Salton Sea»), “Ağ səs” («White Noise»), “Mister Sterlinq” («Mister Sterling»), “Nyu-York polisi” («NYPD Blue»), “Qapılar” («The Gates») hesab olunur. 2005-ci ildən bəri amerikalı teleprodüser və rejissor Mark Tinkerlə evlidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/chandra_uest/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç