Enn Arçer

Enn Arçer

Aktrisa

BİOQRAFİYA

Enn Arçer (ing. Anne Archer, 25 avqust 1947) – amerikalı aktrisa və insan haqları  fəaldır. 25 avqust 1947-ci ildə aktyorlar Con Arçer və Marcori Lordun ailəsində anadan olub. Karyerasının əvvəlində daha dəqiq desək 70-ci illərin əvvəlində müxtəlif teleseriallara və televiziya şoularına çəkilib. 1971-ci ildə “Xanım Qızıl Qlobus” titulunun sahibi olub.  Kinodakı ilk rolları o qədər də uğurlu olmayıb. Belə ki, “Cəhənnəm mətbəxi” (1978), “Titanikin qaldırılması” (1980) və “Yaşıl buz” (1981) kimi kommersiya uçurumuna yuvarlanmış filmlərdə rol alıb. Böyük ekranlarda tanınmasına 1987-ci ildə çəkildiyi “Ölümcül cazibə” filmində oynadığı Bet Qallaqer rol köməy olub. Həmin rola görə “Oskar” mükafatına namizəd olub. Ardınca “Vətənpərvər oyunları” (1992), “Qısa hekayələr”, “Açı-aşkar təhlükə” (1994), “Müharibəs sənəti” (2000) və “Cinayətkar” (2008) kimi filmlərdə mərkəzi və ya ikinci-plan qadın obrazları canlandırıb. Aktrisa iki dəfə ərdə olub, iki uşağı var. Arçer əslən yəhudidir. 1970-ci illərdə Saentologiya kilsəsinin üzvü olub. 2006-cı ildə qeyri-komersiya təşkilatını təsis edərək, insan haqları pozuntularına qarşı mübarizə aparmağa başlayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%80%D1%87%D0%B5%D1%80,_%D0%AD%D0%BD%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç