Nursel Köse

Nursel Köse

Aktrisa

BİOQRAFİYA

Nursel Köse 29 mart 1961-ci ildə Malatyada doğulub. Türk serialları və film aktrisasıdır. 1978-ci ildə Almaniyada özəl tələbə olaraq gedən Nursel Köse memarlıq təhsili alıb. Tələbə olarkən aktrisa, komediyaçı, yazıçı, şair və radio teatr yazıçısı kimi çalışıb. Rejissor, aktyor və komediyaçı kimi müxtəlif teatrlar yaradıb və pyeslər səhnəyə qoyub və oynayıb. Bundan əlavə Almaniyada bir çox gənc, uşaq və qadın idarəetmə layihələrini öz üzərinə götürüb. Nursel Köse "Yerkozmetikçılar" -Die Bodenkosmetikerinnen - 1992-ci ildə Almaniyada ilk xarici qadın kabaret qrupunu qurub. Bu qrupda rejissor, aktyor və mahnı müəllifi kimi çalışıb. 1992-2007-ci illərdə bütün Almaniyanı və almandilli ölkələri gəzib. 2003-cü ildə Buket Alakuşun mükafat qazanan "Anam" filmi ilə rolu ilə beynəlxalq miqyasda tanınıb. Daha sonra "Savannah", "Kebab Bağlantısı" və başqa bir sıra bədii filmlərində rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Nursel_K%C3%B6se

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç