Baki Davrak

Baki Davrak

Aktyor

BİOQRAFİYA

Baki Davrak 1971-ci ildə Almaniyada anadan olub. Türk əsilli alman aktyordur. Almaniyada yaşamaqda olan Davrak, baş rol oynadığı “Lola + Bilidikid” və “Yaşamın Kıyısında” filmləri ilə tanınır. Kutluğ Ataman'ın 1997-ci il istehsalı filmi “Lola + Bilidikid” Almaniyada yaşayan türk bir ailənin homoseksual olan ən kiçik oğlu Muratı canlandırıb. 2006-cı ildə Harald Bergmann’nın Brinkmanns Zorn filmində rol alıb. Willem Droste’nin Past by Night, Ulli Schüppel’nin Planet Alex və 1999 Berlin Film Festivalında böyük diqqət görən Thomas Arslannın Dealer’ı, oynadığı filmlərdəndir. Teatr aktyorluğu ilə yanaşı Kommissarin Lucas, Wolffs Revier, Eva Blond, Der Puma və Tatort kimi televiziya seriallarında rol alıb. Stefan Holtz’un 2005-ci il istehsalı olan televiziya filmi Meine Verrückte Türkische Hochzeit’ta baş rol oynayıb. 2007-ci ildə Kann Film Festivalında rejissor - ssenarist Fatih Akına ən yaxşı ssenari mükafatı qazandıran “Yaşamın Kıyısında” filmində, Almaniyada yaşayan alman dili professoru bir türk olan Nejat Aksuyu canlandırmışdı. Eyni zamanda yazıçı olan Davrak, 2007-ci ildə ilk şer kitabını yayımlayıb. 2016-cı ilin oktyabr ayında Kanal D'de yayımlanmağa başlayan və İzmir İşgalı və qurtuluş savaşını mövzu götürən “Vatanım Sensin” serialında yunan komandir Vasiliyi canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Baki_Davrak

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç