Barbet Şröder

Barbet Şröder

Prodüser, rejissor, ssenarist

BİOQRAFİYA

Barbet Şröder 26 avqust 1941-ci ildə Tehranda (İran) anadan olub. Fransız kinorejissor, ssenarist və prodüsserdir. 1969-cu ildə “More” (Daha çox) filmi ilə debüt edib. Adı çəkilən film hippi epoxasını tərənnüm edir. Bir müddət ABŞ-da yaşayıb-yaradıb. Çarlz Bukovskiya “Cümə” filminin ssenarisini sifariş verib. Uzun müddət “istehsalat zirzəmisində” qalan film, nəyahət 1987-ci ildə böyük ekranlara çıxıb. Mikki Rurkun baş rola çəkildiyi film tənqidçilərin rəğbətini qazanıb, üstəlik Şröderin növbəti “Fələyin oyunu” filminin çəkilişi üçün maddi vəsait almasına kömək olub. Adı çəkilən film “Oskar” mükafatına namizəd olub. Rejissor bədii lentlərlə yanaşı sənədli filmlərə də quruluş verib. Xüsusilə Uqandalı dikator haqqında “İdi Amine” sənədli filmi və terrorçuların vəkili olmuş Jak Verjes haqqında “Terrorun vəkili” (2007) adlı sənədli filmi əlamətdardır. Həmçinin aktyor kimi J.Rivett, P.Şero, T.Börton və başqa rejissorların filmlərinə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D1%80%D1%91%D0%B4%D0%B5%D1%80,_%D0%91%D0%B0%D1%80%D0%B1%D0%B5

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç