Stiven Veber

Stiven Veber

Aktyor

BİOQRAFİYA

Stiven Ueber (ing. Steven Weber) – amerikalı aktyor, televiziya ssenaristi və prodüserdir. Stiven Ueber 4 mart 1961-ci ildə Nyu-Yorkun Kvins rayonunda anadan olub. 1979-cu ildə Nyu-York universiteti nəzdində Perçeyz-kollecini bitirib. Məzun olduqdan sonra teatr karyerasını qədəm qoyub. 1985-1986-cı illərdə “Necə dövr edir dünya” sabun operasına çəkilib. 1987-ci ildə “Hamburger yüksəkliyi” filminə çəkilib. Ueber daha çox NBC-nin “Qanadlar” sitkomunda (1990-1997-ci illərdə seriala çəkilib) oynadığı rolu ilə şöhrət qazanıb. 1992-ci ildə Cennifer Ceyson Li və Bricit Fonda ilə “Tənha Ağ Qadın” trillerinə çəkilib. Daha sonra “Müvəqqəti katibə” filmində görüntülənib, 1995-ci ildə isə “Ceffri” komediyasında ona baş rolu oynamaq nəsib olub. Ueber eyni zamanda qısa ömürlü “Ueber şousu” (2000-2001) və “Rayon prokuroru” (2004) seriallarında baş rolları oynayıb, “Sanset-Stripin 60 saylı studiyası” (2006-2007), “Bəxtəvər şəhər” (2010) seriallarının aktyor heyətində yer alıb. 2000-ci illərdə “Yenə və bir daha”, “Bacılar və qardaşlar”, “Qanun və qayda: xüsusi korpus” kimi seriallarda oynadığı ikinci plan rolları ilə populyarlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D1%8D%D0%B1%D0%B5%D1%80,_%D0%A1%D1%82%D0%B8%D0%B2%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç