Piter Fridman
Aktyor
Piter Fridman (ing. Peter Friedman) – amerikalı aktyordur. 24 aprel 1949-cu ildə Nyu-Yorkda anadan olub. Əslən yəhudidir. Hofstr universitetinin məzunudur. 1990-2002-ci illərdə aktrisa Coan Allenlə evli olub. Cütlüyün 1994-cü il təvəllüdlü Sedi adında qızları var. Fridman teatr səhnəsində “Böyük Braun” tamaşasında debüt edib. “Qoca xanıma baş çəkəndə”, “Sevgi dalınca sevgi”, “Oyun qaydası”, “Ədalət və cəza”, “Haydinin həyat salnamələri”, “Onuncu adam”, “12 qəzəbli kişi”, “Hamlet” və “Cəngəllikdəki vəhşi” kimi tamaşalarda səhnəyə çıxıb. Televiziyada daha çox “Bruklin körpüsü”, “Yol”, “Varislər” seriallarında və “Bədheybətlərlə danışan”, “Məşuqlar”, “Çatdırılma keyf” kimi şoularda qonaq rolları ilə yadda qalıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D1%80%D0%B8%D0%B4%D0%BC%D0%B0%D0%BD,_%D0%9F%D0%B8%D1%82%D0%B5%D1%80