Lourens Foks
Aktyor
Lourens Pol Foks (ing. Laurence Paul Fox) – britaniyalı teatr və kino aktyoru, musiqiçidir. Daha çox “Lüis” teleserialında detektiv-serjant Ceyms Hetuey rolu ilə tanınır. Lourens Yorkşirdə Meri Elizabet Payper və aktyor Ceyms Foksun ailəsində anadan olub. Böyük aktyor sülaləsinin nümayəndəsidir. Babası Lourens Robin Foks (1913-1971) teatr agenti, nənəsi Ancela Uortinqton aktrisa, əmisi Edvard Foks (1937) aktyor olub. Onun əmisi uşağları da ailəvi ənənəni davam etdiriblər və valideynlərinin getdiyi yolu tutublar: Emiliya Foks (1974), Fredi Foks (1989). 13 yaşında olanda Lourens daha bir ailəvi ənənəyə uyğun olaraq Harrou məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra universitetə daxil ola bilmədiyindən, 2 il bağban işləyib. Məhz həmin vaxt onda teatra qarşı məhəbbət yaranıb və təhsilini Kral Dram İncəsənət Akademiyasında davam etdirməyi qərara alıb. Aktrisa Billi Payperlə evli olub. 2016-cı ildə cütlük 8 illik evliliyə son qoyduqlarını elan ediblər. Aktyor Facebook səhifəsində and-aman eliyib ki, boşanmaya heç bir üçüncü tərəf səbəb olmuyub. Bu nikahdan iki oğlu var. Payperlə yollarını ayırdıqdan sonra model Foq Uilyamsla görüşməyə başlayıb. Onunla 2015-ci ildə Bear Qrills şousunun çəkilişləri zamanı tanış olub. 2016-cı ildə onlar ayrılıblar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%BE%D0%BA%D1%81,_%D0%9B%D0%BE%D1%83%D1%80%D0%B5%D0%BD%D1%81