Mettyü Makfedien

Mettyü Makfedien

Aktyor

BİOQRAFİYA

Devid Mettyü Makfedien (ing. David Matthew Macfadyen) – ingilis aktyordur. 17 oktyabr 1974-cü ildə Qreyt-Yarmut şəhərində anadan olub. 1992-1995-ci illərdə Kral dram incəsənət akademiyasında oxuduğu illərdə mütəmadi olaraq tamaşalarda iştirak edib, kifayət qədər qısa zaman kəsiyində istedadlı teatr aktyoru kimi şöhrət qazanıb. Debüt işi BBC-nin “İldırımlı aşırım” mini serialında oynadığı rol sayılır. Həmin ildən etibarən karyerasını kino və teleziyada davam etdirib. “Secret Life” filmində iştirakına görə ən yaxşı televiziya aktyoru nominasiyasında BAFTA mükafatına namizəd olub. 2005-ci ildə Ceyn Ostinin “Qürur və Qərəz” romanının ekranizasiyasında mister Darsi rolunu oynayıb. 2010-cu ildə “Robin Qud” filmində Nottinqem şerifini canlandırıb, həmin filmə Rassel Krou, Keyt Blanşett və Vanessa Redqreyv kimi kinoulduzlar çəkilib. 2004-cü ildə aktrisa Kili Housla evlidir. Onlar 2002-ci ildə “Kabuslar” teleserialının çəkilişləri vaxtı tanış olublar. Cütlüyün bir qızı və bir oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D1%84%D1%8D%D0%B4%D1%8C%D0%B5%D0%BD,_%D0%9C%D1%8D%D1%82%D1%82%D1%8C%D1%8E

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç