Toni Qaudio
Operator
Toni Qaudio (ing. Tony Gaudio, 20 noyabr 1883 – 10 avqust 1951) – italiya əsilli amerikalı quruluşçu-operator, filmlərin yaradılmasında ilk ardıcıl montaj texnologiyasından istifadə etmiş kinematoqraflardan sayılır. Qaetano Antonio Qaudio 20 noyabr 1883-cü ildə İtaliyanın Kozensa şəhərində anadan olub. Karyerasının əvvəlində İtaliya istehsalı olan qısametrajlı kinolentlər çəkib. 1906-cı ildə Nyu-Yorka köçüb və “Vitagraph” kinostudiyasında işə düzəlib. “Cəhənnəm mələkləri” (1930), “Balaca Sezar” (1931), “Pələng köpəkbalığı” (1932), “Lui Paster haqqında povest” (1936), “Emil Zolyanın həyatı” (1937), “Robin Hudun macərası” (1938), “Yüksək syerra” (1941) və “Şərəfli günlər” (1944) filmləri üzərində gördüyü işə görə tanınır. Qaudio aktrisa Bett Deyvisin sevimli operatoru olub və onunla 11 filmin çəkilişində əməkdaşlıq edib. Qaudio “Bədbəxt Entoni” filminə görə ən yaxşı operator işi nominasiyasında “Oskar” mükafatını qazanıb. Amerika kinooperatorlar cəmiyyətinin təsisçilərindən biridir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D1%83%D0%B4%D0%B8%D0%BE,_%D0%A2%D0%BE%D0%BD%D0%B8