Corc Brent

Corc Brent

Aktyor

BİOQRAFİYA

Corc Brent (15 mart 1899, Ballinaslo, Qoluey qraflığı, İrlandiya – 26 may 1979, Solana Biç, San Dieqo, Kaliforniya, ABŞ) – irland əsilli amerikalı kino və televiziya aktyorudur. Kino və televiziyadakı xidmətlərinə görə, Hollivudun “Şərəf xiyabanında” iki   ulduz lövhəsi var. İrlandiyalı dükançının oğlu olub. İrlandiya Respublika Ordusunun üzvü olub. İrlandiyanın istiqlal müharibəsində iştirak edib. 1925-ci ildə ABŞ-a mühacirət edib. Növbəti beş ildə Florida, Rod-Aylend, Massaçusets, Kolorado ştatlarının fond şirkətlərində çalışıb. 1927-ci ildə Brodveydə debüt edib. Sonradan Hollivuda köçüb və orada 1929-cu ildə “Ədalətli xəbərdarlıq” filmində debüt edib. İyirmi il ərzində (1930-1940-cı illərdə) Hollivudun aparıcı kinoaktyorlarından olub. Oynadığı bir çox melodramlarda tərəf müqabili Bett Deyvis olub. Daha çox “Vintli nərdivan” (1945), “Həmişə sabah olacaq” (1946) və “Onun yandırdığı şəhər” (1951) filmlərində oynadığı rolları ilə tanınır. 1953-cü ildə kinodan getsə də, 1978-ci ilə qədər televiziya film və seriallarına çəkilməyə davam edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D0%B5%D0%BD%D1%82,_%D0%94%D0%B6%D0%BE%D1%80%D0%B4%D0%B6

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç