Daqmara Dominçik
Aktrisa
Daqmara Dominçik (polş. Dagmara Dominczyk) – polşalı və amerikalı aktrisadır. Daqmara Dominçik 17 iyul 1976-cı ildə Kels şəhərində anadan olub. Polşanın “Həmrəylik” hərəkatının fəalı Miroslav Dominçikin qızıdır. 1983-cü ildə ailəsi ilə birlikdə Nyu-Yorka köçüb (valideynləri “Beynəlxalq Amnistiya” və “Həmrəylik” hərəkatındakı fəaliyyətə görə ölkədən sürgün edilib.).1998-ci ildə Daqmara Karneqi Universitetinə daxil olub. 1999-cu ildə Brodvey teatrında aktrisa Anna Frilin dublyoru olub. 2003-cü ildə “Cadulu aprel” tamaşasında səhnəyə çıxıb. 18 iyun 2005-ci ildə aktyor Patrik Uilsonla ailə qurub. Cütlüyün iki oğlu var: Kalin Patrik Uilson (2006) və Kassian Makkarell Uilson (2009). Daqmaranın özündən kiçik, Marika Dominçik və Veronika Dominçik adlı bacıları var, hər ikisi aktrisadır. Daqmara polşa, ingilis, alman dillərində səlis danışır. Bundan başqa fransız və ispan dillərində azca danışa bilər.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%BE%D0%BC%D0%B8%D0%BD%D1%87%D0%B8%D0%BA,_%D0%94%D0%B0%D0%B3%D0%BC%D0%B0%D1%80%D0%B0