Con Flinn

Con Flinn

Rejissor, ssenarist

BİOQRAFİYA

Con Flinn (ing. John Flynn, 24 mart 1932, Çikaqo, İllinoys ştatı – 4 aprel 2007, Los Anceles, Kaliforniya ştatı) – amerikalı kinorejissordur. Daha çox kriminal trillerləri ilə məşhurlaşıb. Con 14 mart 1932-ci ildə Çikaqo şəhərində anadan olub, ABŞ-ın Hermos-Biç şəhərində boya-başa çatıb. Sahil mühafizəsində xidmət çəkən zaman jurnalistikayla maraqlanmağa başlayıb. Kaliforniya Universitetində jurnalistika üzrə bakalavr diplomu alıb. Kinematoqrafiya karyerasının əvvəlində rejissor Robert Uayzın “Sabaha olan mərclər” (1959) filmində köməkçisi olub. Daha sonra “Vestsayd hekayəsi” filminin ssenari rəhbəri olub. Ardınca “Kid Qalahad” (1962), “Yelləncəkdə iki nəfər” (1962), “Böyük qaçış” (1963) kimi lentlərin ikinci rejissoru olub. Rejissor kimi debütünü “Serjant” (1968) filmində həyata ekçirib. Növbəti işi “Jerusalem File” (1972) filmi olub. Ona ilk böyük kommersiya uğurunu “The Outfit” (1973) filmi  qazandırıb. Hərçənd o başlıca olaraq “İldırım şaxələri” (1977) trillerindən sonra beynəlxalq şöhrətə nail olub. Növbəti əlamətdar işləri arasında “Defiance” (1980), “Bestseller” (1987), “İçəridə” (1989), “Ədalət Naminə” (1991) və virtual reallığ mövzusunda olan “Beyin skanı” (1994) filmlərini sadalamaq olar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%BB%D0%B8%D0%BD%D0%BD,_%D0%94%D0%B6%D0%BE%D0%BD_(%D1%80%D0%B5%D0%B6%D0%B8%D1%81%D1%81%D1%91%D1%80)

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç