Co Çampa
Aktrisa
Rozina Co Çampa (ing. Rosina Jo Champa) – italiyalı-amerikalı aktrisa, prodüser, və fotomodeldir. 26 yanvar 1968-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının Lonq-Branç şəhərində anadan olub. Uşaqlığı İtaliyanın paytaxtı Roma şəhərində keçib. Yeniyetmə yaşlarından fotomodelliklə məşğul olub. 18 yaşında olanda artıq Canni Versaçenin ən sevimli modellərindən biri olub. 1986-cı ildən İtaliya kinosunda müxtəlif epizodik rollarda görüntülənib (Salome, 1986 / Ailə, 1987 / Le vie del Signore sono, 1987 / İl Sole Buio, 1990). Məşhurlaşdıqdan sonra ABŞ-a qayıdaraq, Stiven Siqalın “Ədalət naminə” filminə çəkilib. Ardınca Bernardo Bertoluççinin “Balaca Budda” (1993) və Ceremi Levenin “Don Xuan DeMarko” (1994) filmlərində ikinci plan rollar oynayıb. 90-cı illərdə televiziya layihələrində fəal iştirak edib. Walker, Texas Ranger, JAG və CSI: Miami kimi seriallarda rol alıb. Çampa həmçinin rejissor Sofiya Koppolanın “Somewhere” (2010) filmində rol alıb. 1998-ci ildə prodüser Cozef Farrellə (1935-2011) ərə gedib. Cütlüyün Şon Farrell adlı oğlu var. 7 dekabr 2011-ci ildə Çampanın həyat yoldaşı 76 yaşında vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B0%D0%BC%D0%BF%D0%B0,_%D0%94%D0%B6%D0%BE