İren Hervi

İren Hervi

Aktrisa

BİOQRAFİYA

İren Hervi (Beulah Irene Herwick) – amerikalı aktrisadır. ABŞ-ın 11 iyul 1909-cu ildə  Kaliforniya ştatının Venesiya şəhərində anadan olub. Kinoya “MGM” mediaşirkətinin kastinq-agentinin sayəsində gəlib. Kastinqdən uğurlu şəkildə keçdikdən sonra şirkətlə müqavilə bağlayıb və Kinq Vidorun “Yad qızın qayıdışı” filmində debüt edib. 1950-ci illərdən etibarən televiziya sahəsinə yol tapıb. 1950-1960-cı illərdə bir sıra populyar seriallara o cümlədən “Şəxsi xəfiyyə Riçard Daymon” ('Richard Diamond, Private Detective'), “Piter Qann” ('Peter Gunn') və “Havaylı gözlər” ('Hawaiian Eye') seriallarında çəkilib. Sonuncuda Qarriet Riqan obrazında yaddaşlarda qalıb. 1965-ci ildə “The Young Marrieds” sabun operasında daimi rol qazanıb. Ardınca “Şirin Qərb” (Honey West) mini-serialında Meq xala rolunu oynayıb. Şəxsi həyatına gəlincə, Hervi hələ yeniyetmə yaşlarında Uilyam Fenderson ərə gedib. Boşanmazdan əvvəl bir qızı dünyaya gəlib. 1936-cı ildə aktyor Allan Consla tanış olub və bir müddət sonra münasibətlərini rəsmiləşdiriblər. İkinci nikahdan Cek Cons adlı oğlu olub. İren və Allan 1957-ci ildə boşanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.peoples.ru/art/cinema/actor/irene_hervey/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç