Donna Mills

Donna Mills

Aktrisa, prodüser

BİOQRAFİYA

Donna Millz (ing. Donna Mills) – amerikalı aktrisa və prodüserdir. “Sakit liman” praym-taym sabun operasıda Ebbi Feyrqeyt Kanninqem Yuinq antoqonist obrazını canlandırmaqla məşhurlaşıb. Donna Millz 11 dekabr 1940-cı ildə İllinoys ştatının Çikaqo şəhərində anadan olub. İllinoys Universitetinin məzunudur. Əllinci illərdə teatr səhnəsində özünü sınayıb, 1966-cı ildə “Fırtınanın sirri” gündüz sabun operasında teledebütünü həyata keçirib. 1980-ci ildə Donna Millz “Sakit liman” adlı uzunömürlü serialda Ebbi Kanninqem rolu ilə populyarlaşıb. Sabun operası məşhur “Dallas” serialının spinoff-u sayılır. Donna Millz serialın aktyor heyətindən uzaqlaşdıqdan sonra bir sıra telefilmlərə çəkilib, həmin filmlərin bəzilərinə prodüserlik də edib. Bundan başqa 1996-1997-ci illərdə “Melrouz Pleys” serialında Cozi Bissettin qəhrəmanının anasını oynayıb. Karyerasının son illərini “Detektiv Raş” və “Bədən hissələri” seriallarında müstəsna olaraq qonaq rollar oynayıb. 2012-ci ildə “Dindar ifritələr” komediya serialında Enni Pottsun qəhrəmanının keçmiş düşmənini oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%BB%D0%BB%D0%B7,_%D0%94%D0%BE%D0%BD%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç