Cessika Uolter
Aktrisa
Cessika Uolter (31 yanvar 1941-ci il) – amerikalı aktrisadır. Daha çox “Ləngimiş inkişaf” komediyas serialında oynadığı Lüsil Blut rolu ilə tanınır. Böyük ekranlarda “Böyük hədiyyə” (1966) və “Mənim üçün misti səsləndir” (1971) filmlərində oynadığı rolları ilə tanınır. Həmin rollar ona “Qızıl qlobus” mükafatına nominasiya qazandırıb. “Emi Prentiss” mini-serialında oynadığı rola görə mini-serialda ən yaxşı qadın rolu nominasiyasında “Emmi” mükafatına namizəd olub (1975). Uolterin televiziya debütü 1962-ci ildə “Həyata olan sevgi” sabun operasında gerçəkləşib. Seriala üç il ərzində çəkilib. Həmin dönəmdə eyni zamanda böyük ekranlarda “Lilit” (1964) və “Böyük hədiyyə” (1966) filmlərində debütü baş tutub. Kinoda ən böyük uğurunu 1971-ci ildə rejissor və aktyor Klint İstvudun lentə aldığı “Mənim üçün misti səsləndir” trillerində oynadığı rolun sayəsində əldə edib. Oynadığı rol ona “Qızıl qlobus” mükafatına nominasiya qazandırıb. Kinematoqrafiyada son illərini daha çox televiziya seriallarında ikinci plan və ya epizodik rollar oynamaqla keçirib. Qoca yaşlarında yeganə baş rolu “Ayronsayd” serialının spinoff-u sayılan “Emi Prentiss” kriminal serialında oynayıb. Serialın cəmi dörd epizodu yayımlanıb. Şəxsi həyatına gəlincə 31 yanvar 1941-ci ildə Bruklində, yəhudi ailəsində anadan olub. Uşaqlığı Kuinsdə keçirib. Aktyorluq sənətini Manhetten Dram İncəsənət məktəbində alıb. Birinci əri rejissor Ross Boumandır və həmin nikahdan bir qızı var. 1983-cü ildən ölümünə qədər (2019) aktyor Ron Libmanla evli olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D0%BB%D1%82%D0%B5%D1%80,_%D0%94%D0%B6%D0%B5%D1%81%D1%81%D0%B8%D0%BA%D0%B0