Al Sapienza
Aktyor, prodüser
Al Sapienza – amerikalı televiziya və kino aktyorudur. Al Sapienza Nyu-York şəhərində, italyan mühacirlərin ailəsində anadan olub. 8 yaşında musiqini öyrənməyə başlayıb. 12 yaşında ilk dəfə müziklda çıxış edib. Məktəbi bitirdikdən sonra Al Nyu-York Universitetinin aktyorluq fakültəsinə qəbul olunub, orada bakalavr dərəcəsi əldə edib. O həmçinin Milton Kaselasın aktyorluq kurslarına gedib. Məzun olduqdan az sonra Brodvey səhnəsinə çıxıb. Debütünü Beatlemania müziklində gerçəkləşdirib. 2008-ci ildən Mişel Li Uidlitslə evlidir. Həyat yoldaşı həkimdir. Aktyorun həm ABŞ, həm də Kanada vətəndaşlığı var. Toronto, Nyu-York və Los-Ancelesdə qeydiyyatı var. Al ilk dəfə televiziyada “Baş xəstəxana” serialında görüntülənib. Sonralar “Metlok”, “Fövqəltəbii” və “Göyün çalarları” seriallarının aktyor heyətində yer alıb. 2017-ci ildə “Qanqsterlər diyarı” kriminal filmində baş rollardan birini oynayıb. Çəkiliş meydanını Şon Feris, Maylo Qibson, Ceyson Patrik, Cemi-Linn Siqler, Piter Façinelli, Mark Rolston, Maykl Pare, Şon Kenan və başqaları ilə bölüşüb. 2018-ci ildə “Cek Rayan” casus trillerində rol alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/15586784241/