Kristi Mitçell

Kristi Mitçell

Aktrisa

BİOQRAFİYA

Kirsti Mitçell – şotlandiyalı aktrisa və modeldir. Kirsti Loretta Mitçell 28 iyun 1974-cü ildə Qlazqo şəhərində anadan olub. Şotland və italyan əsillidir. Şotlandiyanın ən iri məktəblərindən sayılan Park Mains High School məktəbini bitirib. Karyerası şou-biznesdən başlayıb. 15 yaşından London Mərkəzi Balet Məktəbində xoreoqrafiyanı öyrənib. Tələbə olduğu dövrdə model karyerasına başlayıb. 17 yaşında olanda “Miss Şotlandiya” gözəllik müsabiqəsinin qalibi olub və ciddi şəkildə aktyorluq peşəsi ilə maraqlanmağa başlayıb. Mitçell böyük ekranlarda debütnü 1996-cı ilin “Balaca sifətlər” (Small Faces) lentində gerçəkləşdirib. Kirsti Mitçellin kinokaryerasında yüksəliş dövrü 2000-ci ildə “Qələbənin bədəli” (Shot at Glory) filmi ilə başlayıb. Orada Rober Düvalın qəhrəmanının qızını oynayıb. Bir il sonra Kristi Mitçell IMAX formatda ilk qısametrajlı filmə - “Lox-Lomond gölünün əfsanəsi”ə çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/kirsty_mitchell/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç