Cudi Parfitt

Cudi Parfitt

Aktrisa

BİOQRAFİYA

Cudi Ketrin Kler Parfitt (ing. Judy Catherine Claire Parfitt ) – ingilis teatr, kino və televiziya aktrisasıdır. Parfitt 7 noyabr 1935-ci ildə Cənubi Yorkşir əyalətinin Şeffild şəhərində anadan olub. Notr-Dam qızlar orta məktəbində oxuyub. Daha sonra Kral Dram İncəsənət Akademiyasında ali təhsil alıb. Həmin təhsil ocağını 1953-cü ildə bitirib. Kinoda debütü 1956-cı ilə təsadüf edir. 1961-ci ildə ekranlara çıxan, rejissor Robert Linnin “Əldə olunmuş məlumat” filmində oynadığı rolla çoxsaylı tamaşaçıların və tənqidçilərin rəğbətini qazanıb. Beş il sonra BBC-nin “Devid Kopperfild” mini serialında Roza Dartlı oynayıb. Cudi eyni zamanda 1969-cu ildə Toni Riçardsonun “Hamlet” filmində kraliça Gertruda rolunda çıxış edib. Bir çox aktrisalar kimi yaşlanması ilə karyerasında durğunluq dövrü başlamıyıb. Əksinə, Stiven Kinqin romanı əsasında adaptasiya olunmuş “Dolores Kleyborn” (1995) dramında oynadığı Vera Donovan rolu tənqidçilər tərəfindən yüksək qiymətləndirilib, “Mirvari sırqalı qız” filminə görə isə ən yaxşı ikinci plan qadın rolu nominasiyasında BAFTA mükafatına namizəd olub. 2012-ci ildən başlayaraq, Parfitt “Mamaça çağırın” dram serialına Monika Coan roluna çəkilib. Şəxsi həyatına gəlincə 1963-cü ildə Parfitt aktyor Toni Stidmanla Midlseksdə ailə qurub. Toni 2001-ci ildə 73 yaşında vəfat edib. Parfittin bu nikahdan Devid adlı oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D1%80%D1%84%D0%B8%D1%82%D1%82,_%D0%94%D0%B6%D1%83%D0%B4%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç