Roy Şayder

Roy Şayder

Aktyor

BİOQRAFİYA

Roy Riçard Şayder (10 noyabr 1932 – 10 fevral 2008) – amerikalı aktyordur. İkiqat “Oskar” mükafatı nominantıdır. Roy Riçard Şayder 10 noyabr 1932-ci ildə Nyu-Cersi ştatının Orinc şəhərində alman Roy Bernard Şayder və irland Anna Krossonun ailəsində anadan olub. Royun atası avtoçilingər olub. Altı yaşında olanda Şayder ağır revmatizmdən əziyyət çəkib və tez-tez xəstələnib. Səhhətini yaxşılaşdırmaq üçün idmanla fəal şəkildə məşğul olmağa başlayıb, bu istiqamətdə kifayət qədər böyük uğurlar qazanıb. Yeniyetmə yaşlarından həvəskar beysbol komandasının şərəfini qoruyub, “Nyu-Cersi Briliyant Əlcəkləri” boks çempionatında iştirak edib. Roy Kolumbiya orta məktəbini bitirib. 1985-ci ildə adı həmin məktəbin şərəf lövhəsinə salınıb. Valideynləri onun hüquqşünas olmağını istəyib. Şayder Rutqer universitetində və Franklin və Marşal hüquq kollecində təhsil alıb. Həmin dönəmdə teatrla maraqlanmağa başlayıb. ABŞ hərbi hava qüvvələrində dörd il xidmət edib, Koreyada aviadispeçer olub. 1961-ci ildə təxris olunduqdan sonra Nyu-Yorkun Şekspir park festivalında qoyulan “Romeo və Cülyetta” tamaşasında aparıcı rol qazanıb, Merkusiyonu canlandırıb. Növbəti bir neçə ili teatrın daimi truppasında keçirib. 1968-ci ildə “Stiven D” tamaşasında oynadığı rola görə “Obie” mükafatına layiq görülüb. Şayderin ekran karyerası qorxu filmlərindən başlayıb 1963-cü ildə “Diri ölülərin lənəti” filminə çəkilib. Ardınca “Kağız aslanı” (1968), “Stilete” (1969) kimi filmlərdə rol alıb. Dünya şöhrətini aktyora 1975-ci ildə Stiven Spilberqin ilk blokbasterlərindən olan “Çənələr” (Jaws) trilleri gətirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B0%D0%B9%D0%B4%D0%B5%D1%80,_%D0%A0%D0%BE%D0%B9

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç