Kolin Baksi

Kolin Baksi

Rejissor, prodüser

BİOQRAFİYA

Kolin Baksi (ing. Colin Bucksey) – britaniyalı-amerikalı kino və televiziya rejissorudur. 1946-cı ildə İngiltərənin London şəhərində anadan olub. 1970-ci illərdən başlayaraq Britaniya teleseriallarının çəkilişində iştirak edib. “Kral məhkəməsi” və “Divanda triller” seriallarının epizodlarının rejissoru olub. 1989-cu ildə Pol Makqann və Rebekka De Monreyin baş rola çəkildiyi “İşbazlar” filmini lentə alıb. Rejissorluq karyerasını sonradan Amerika teleməkanında davam etdirib, belə ki, “Avstostopçular”, “Mayami Polisi”, “Kriminal əhvalatlar”, “Ağıllı”, “Xəfiyyə Neş Brices”, “Leks”, “Dəniz polisi: Xüsusi bölmə”, “Rəqəmlər”, “Çətinliyə baş vurmuş”, “4400”, “Qara nişan”, “Yaxşısı, Sola zəng vurun” kimi populyar serialların çəkilişində iştirak edib. “Farqo” serialı üzərində gördüyü işə görə ən yaxşı mini-serial rejissoru nominasiyasında “Emmi” mükafatına layiq görülüb. 1973-cü ildə Kolin Baksi Veriti Lambertlə ailə qurub. Hal-hazırda Salli Baksi ilə evlidir. Onların iki övladı var.

Ətraflı məlumat  üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D0%BA%D1%81%D0%B8,_%D0%9A%D0%BE%D0%BB%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç