Kimberli Nikson

Kimberli Nikson

Aktrisa

BİOQRAFİYA

Kimberli Nikson (ing. Kimberley Nixon) – Uels əsilli britaniyalı aktrisadır. Kimberli Nikson 24 sentyabr 1985-ci ildə Bristolda anadan olub. Altı qardaşı ilə birlikdə Uelsin Pontiprid şəhərində boya-başa çatıb. Kardifdə Kral musiqi və dram kollecində oxuyub. Hələ məzun olmamış 2007-ci ildə Universal Studios kinostudiyası ilə müqavilə bağlayıb. Kimberli Niksonun kinokaryerası 2007-ci ildə “Krenford” serialının çəkilişləri ilə başlayıb. Serialda tərəf-müqabili Cudi Denç olub. 2008-ci ildə “Anqus, strinqlər və dərin öpüşlər”, “Yüngül təbiət” kimi filmlərdə ikinci plan rollar oynayıb. Ardınca Rupert Qrintlə “Albalı bombası” və “Qara ölüm” filmlərinə çəkilib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B8%D0%BA%D1%81%D0%BE%D0%BD,_%D0%9A%D0%B8%D0%BC%D0%B1%D0%B5%D1%80%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç