Kris Messina
Aktyor, prodüser, rejissor, ssenarist
Kris Messina – amerikalı aktyor, ssenarist və rejissordur. Messina 11 avqust 1974-cü ildə Nyu-Yorkun Nortport şəhərində anadan olub. Karyerasına teatr səhnəsindən başlayıb, paralel olaraq “Qanun və qayda” və “Üçüncü Növbə” seriallarda kiçik rollara çəkilib. 2000-ci ildən başlayaraq, müstəqil və iribüdcəli filmlərdə, o cümlədən “Viki Kristina Barselona” (2008), “Culi və Culiya: Resept əsasın sevgi” (2009), “İblis” (2010) və “Arqo əməliyyatı” (2012) və digər filmlərdə ikinci plan rollar alıb. Karyerasının zirvəzində 2005-ci ildə Showtime telekanalında yayımlanan “Müştəri hər zaman ölüdür” serialında oynadığı ikinci plan rol sayılır. O eyni zamanda FX-nin “Mücadilə” serialının dördüncü və beşinci mövsümlərində aktyor heyətində yer alıb. Daha sonra HBO telekanalının “Xəbərlər” serialında ikinci plan rol oynayıb. 2012-ci ildən etibarən Fox-un “Mindi layihəsi” adlı komediya serialına çəkilib. Həmin rol 2014 və 2015-ci illərdə ona “Televiziya tənqidçilərinin seçimi” mükafatına namizədlik qazandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D1%81%D1%81%D0%B8%D0%BD%D0%B0,_%D0%9A%D1%80%D0%B8%D1%81