Şaad Əli

Şaad Əli

Rejissor, aktyor, ssenarist, prodüser

BİOQRAFİYA
Şaad Əli - hindistanlı kinorejissor, aktyor, prodüser və ssenaristdir. Anası Subaşini Əli Hindistan Kommunist Partiyasının üzvü və siyasətçi olub. 1950-ci ildə Hindistanda anadan olub. Welham Boys' School oğlanlar məktəbində və Lawrence School məktəbində oxuyub. Karyerasının əvvəlində rejissor Mani Ratnamın köməkçisi olub, onunla "Dil Se" (1998) filminin çəkilişlərində iştirak edib. Filmdə eyni zamanda aktyor kimi rol alıb. Rejissor debütünü 2002-ci ildə Rani Mukerçinin baş rola çəkildiyi "Saathiya" filmində gerçəkləşdirib. Daha çox "İlk baxışdan məhəbbət" (Dil Se, 1998), "Banti və Babli" (2005), "Döyüşçü" (Soorma, 2018) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına əsasən 2018-ci ilə qədər 8 filmin rejissoru olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1249945/
FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç