Sönke Vortmann
Rejissor, prodüser, ssenarist
Sönke Vortmann – almaniyalı kinorejissor, ssenarist və prodüserdir. 25 avqust 1959-cu ildə Vestfaliyanın Marl şəhərində mədənçi ailəsində anadan olub. Gəncliyində futbolla maraqlanıb, peşəkar futbolçu olmağı arzulayıb. Bir müddət Qərbi Almaniya üçüncü divizyonunun müxtəlif klublarının şərəfini qoruyub. 1983-cü ildə Münhen Televiziya və Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsinə daxil olub. Oranı 1989-cu ildə bitirib. Vortmana şöhrəti 1991-ci illərdə ekranlara çıxan və 90-cı illərdə ən uğurlu Alman kinosu sayılan “Qadınlar arasında yalqız” (Allein unter Frauen) filmi gətirib. Daha sonra 1954-cü ilin Futbol üzrə dünya çempionatına həsr olunmuş “Bern möcüzəsi” filmi ilə populyarlaşıb. Ekran əsəri Almaniya yığmasının dünya çempionatındakı parlaq qələbəsindən bəhs edir. Bu filmin uğuru sayəsində ona 2006-cı ilin dünya çempionatı haqqında sənədli filmin çəkilişi (Almaniya: Yay nağılı) həvalə olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%BE%D1%80%D1%82%D0%BC%D0%B0%D0%BD%D0%BD,_%D0%97%D1%91%D0%BD%D0%BA%D0%B5