Yohanna Vokalek
Aktrisa
Yohanna (İohanna) Vokalek – alman teatr və kino aktrisasıdır. “Körpüylə ayaqyalın” (2005) və “Papa İohan” (2009) filmlərində oynadığı rolları ilə tanınır. Yohanna Vokalek 3 mart 1975-ci ildə Almaniyanın Frayburq şəhərində (Baden-Vürtemberq torpağı) dermatoloq professorun ailəsində dünyaya göz açıb. Atası Rumıniyanın Mediaş şəhərindən olub. Yohanna Frayburqda gimnaziyada oxuyub. 1991-ci ildən məktəb özfəaliyyət tamaşalarında səhnəyə çıxıb. İlk böyük uğurunu Vokalek 2003-cü ildə “Hierankl” dramına baş rola çəkilməklə qazanıb. Həmin ekran əsərindəki roluna görə “ən yaxşı aktrisa” nominasiyasında bir neçə mükafata layiq görülüb. 2005-ci ildə “Körpü ilə ayaqyalın” adlı lirik komediyada baş rolu oynayıb. Başqa bir əlamətdar rolunu 2008-ci ildə ekranlara çıxarn “Baader-Maynhof kompleksi” adlı tarixi dramında oynayıb. Orada terrorçu Qudrun Enslin obrazını canlandırıb. Yohanna Vokalek 1996-cı ildə teatr aktrisası kimi məşhurlaşıb. Bertolt Brext, Vilyam Şekspir, Anton Çexov, Tennesi Uilyams kimi dramaturqların pyesləri əsasında qoyulan tamaşalarda oynayıb. 2012-ci ildə övlad dünyaya gətirməsi ilə əlaqədar, teatr karyerasında müvəqqəti fasilə etdiyini elan edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%BE%D0%BA%D0%B0%D0%BB%D0%B5%D0%BA,_%D0%99%D0%BE%D1%85%D0%B0%D0%BD%D0%BD%D0%B0