Ceyson Fridberq

Ceyson Fridberq

Ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Ceyson Fridberq – amerikalı ssenarist və rejissordur. Daha çox “Ələkeçməz casus” (Spy Hard, 1996) və “Çox qorxulu kino” (Scary Movie, 2000) filmlərinin ssenari müəllifi kimi şöhrət qazanıb. 2006-cı ildən etibarən Aaron Zeltserlə birlikdə rejissor kimi fəaliyyət göstərir. D.Fridberq və A.Zeltser filmlərində satirik parodiya elementlərindən və “+18” tipli zarafatlardan geniş istifadə edir. Bəzi filmləri kifayət qədər böyük kassa uğuru qazanıb. “Spartalılarla tanışlıq” adlı filmi 30 milyon dollarlıq büdcə ilə dünya kinoteatrlarından 85 milyon dollara yaxın gəlir götürüb. Hərçənd rejissorların bir neçə işi ayrı-ayrı illərdə “Qızıl moruq” (ən pis film kimi) mükafatına namizəd olub. IMDB məlumat bazasının versiyasına görə 100 ən pis filmin siyahısında “Spartalılarla tanışlıq” filmi 95-ci, “Çox epik kino” filmi 68-ci, “Qeyri-real blokbaster” filmi 21-ci yerdə göstərilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D1%80%D0%B8%D0%B4%D0%B1%D0%B5%D1%80%D0%B3,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D1%81%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç