Ombretta Kolli

Ombretta Kolli

Aktrisa

BİOQRAFİYA

Ombretta Kolli – italiyalı aktrisa, müğənni və ictimai xadimdir. 21 sentyabr 1943-cü ildə İtaliyanın Qenua şəhərində anadan olub. Əsl soyadı Komellidir. 1960-cı ildə İtaliyanın birinci “vitse-xanımı” olub. 1961-ci ildən kino sahəsində çalışıb. Debütünü “Sərhədin iki addımlığında” (A due passi dal confine) filmində gerçəkləşdirib. 60-cı illərdə populyarlaşıb. 70-ci illərdən etibarən demək olar ki, ekranlara çıxmayıb, estrada müğənnisi olub və əri Corco Qaberlə teleşouda iştirak edib. 1964-1988-ci illərdə 50-dən çox minyon və musiqi albomu çıxıb. Sonuncu dəfə tanınmış rejissor Ettor Skolun “Terassa” (1980) filmində Ensa rolunu oynayıb. Aktrisalıq karyerasına son qoyduqdan sonra Ombretta ictiami və siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. 1999-2004-cü illərdə Avropa parlamentinin deputatı olub. 2004-cü ildə “Liberta” partiyasından İtaliya senatına mandat qazanıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/acter/w/euro/216370/bio/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç