Moyra Orfey

Moyra Orfey

Aktrisa

BİOQRAFİYA

Moyra Orfey - populyar italiyalı sirk artisti, aktrisa və teleaparıcıdır. Moyra İtaliya sirkinin kraliçası sayılır. 21 dekabr 1931-ci ildə Kodoypo şəhərində anadan olub. Valideynləri “Orfey sirki”nin sahibləri olub. İtaliyada sirk simvoluna çevrildikdən sonra, beynəlxalq arena da da tanınmağa başlayıb. “Mora Orfey” sirki 1960-cı ildə təsis olunub. O sürətlə at çapa bilib, hava gimnastı, akrobat olub, filləri və göyərçinləri ram eliyə bilib. Kinoya gəlişi tamamilə təsadüfi olub, kinokaryerası ərzində komediyalardan tutmuş peplumlara kimi 40-dan çox filmə çəkilib. Bundan başqa İtaliya istehsalı olan kriminal dramlara çəkilir. Tənqidçilərin dediyinə görə, kinoaktyorluq üzrə ali təhsil alsaydı, Sofi Loren səviyyəsində bir aktrisa ola bilər. Valter Noneslə evli olub, Stefano Orfey və Lara Orfey adlı iki övladı olub. 4 avqust 2006-cı ildə Coyoza-İonika şəhərində şou zamanı işemik insult keçirib. 15 noyabr 2015-ci ildə Breşia şəhərində vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%80%D1%84%D0%B5%D0%B9,_%D0%9C%D0%BE%D0%B9%D1%80%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç