Mark Obrayen

Mark Obrayen

Aktyor

BİOQRAFİYA

Mark Obrayen – kanadalı aktyordur. 7 may 1984-cü ildə Kanadanın Sent-Cons şəhərində anadan olub. Anası tibb bacısı işləyib, atası yük maşını sürücüsü olub. Markın özündən böyük üç bacısı var. Orta məktəbi bitirdikdən sonra Nyufaunlend Memorial universitetinə daxil olub. Aktyorluq karyerasına “13-cü saxlanc”, “Merdok araşdırması” və “Xilasolma ümidi” seriallarında epizodik rollara çəkilməklə başlayıb. 2014-cü ildə “Doylların işi” serialında Des Kantri rolunu oynayıb. Həmin roldan sonra kifayət qədər populyarlaşıb. Sonradan “Gəlmə”, “Anon”, “Yuxudakı kimi”, “Qara əks”, “El Royal otelinin çətin günləri” filmlərində ikinci dərəcəli rolları oynayıb. Mark Obrayen kanadalı aktrisa Corcina Reyli ilə evlidir, onunla “Doylların işi” serialın çəkilişlərində tanış olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/mark_o_braien/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç