Samara Uivinq

Samara Uivinq

Aktrisa

BİOQRAFİYA

Samara Uivinq – avstraliyalı aktrisa və fotomodeldir. 23 fevral 1992-ci ildə Avstraliyanın Adelaid şəhərində anadan olub. Tanınmış aktyor Hyuqo Uivinqin qardaşı qızıdır. Samaranın Morqan adlı bacısı var. Uşaqlığı Sinqapur, Fici və İndoneziyada keçib. 2004-cü ildə Avstraliyaya geri dönüb. Pittouter məktəbini və Kanberanın qızlar orta məktəbini bitirib. Samara televiziyada debütünü 2008-ci ildə “Out of the Blue” serialında gerçəkləşdirib. 2009-2013-cü illərdə “Evə və yola” teleserialında rol alıb. 2015-ci ildə “Eş ölülərə qarşı” teleserialına çəkilib. 2016-cı ildə “Nəhəng avtomobillər” filmində rol alıb. 2017-ci ildə “Ebbinq, Missuri sərhədində üç bilbord” filminin aktyor heyətində yer alıb. Şəxsi həyatına gəlincə 2019-cu ildə prodüser Cimmi Uordenlə nişanlanıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B8%D0%B2%D0%B8%D0%BD%D0%B3,_%D0%A1%D0%B0%D0%BC%D0%B0%D1%80%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç