Loran Doyç
Aktyor, ssenarist
Loran Doyç – fransız aktyordur. 2003-cü ildə “Sezar” mükafatı namizədi olub. 27 oktyabr 1975-ci ildə macar və rumın ailəsində anadan olub. Atası macar yəhudilərindəndir, 1956-cı ildə baş verən üsyandan sonra kommunist represiyasından qaçıb. Loranın uşaqlığı Sable-Sür-Sart şəhərində keçib. Məktəbli illərində futbolla ciddi maraqlanıb, 12 yaşında Nant FK-nun məktəbinə daxil olub. Ancaq iki ildən sonra Parisə köçür və şəhərkənarında nənəsi və babasının yanında qalır. 1993-cü ildə çoxsaylı namizədlər arasından Kanadanın “Cəsurlar” teleserialında baş rola seçilib. Serialda tərəf-müqabili aktrisa Cessika Barker olub. 2003-cü ildə ilk peşə uğurunu qazanıb, əfsanəvi “Açın, polisdir” trilogiyasının son epizoduna çəkilib. Loran Filipp Nuare və Tyerri Lermittlə çəkiliş meydanını bölüşüb. Elə həmin il “Zizu kimi oyna” lentində oynadığı rola görə “ən perspektivli aktyor” nominasiyasında “Sezar” mükafatına namizəd olub, ancaq mükafat Jan-Pol Ruva nəsib olub. 2008-ci ildə “Metronom: Fransa tarixi” sənədli serialın müəllifi və aparıcısı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%BE%D0%B9%D1%87,_%D0%9B%D0%BE%D1%80%D0%B0%D0%BD